Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Çağdaş.az xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
***
Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Çağdaş.Az Referans Media xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Nurani Qasımova uzun illər beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və digər geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın tanınmış siyasi yazarlarından biri olub.
.








