Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Natiq Məmmədli: Nurani Azərbaycan mətbuatında nadir analitik imza idi

Cəmiyyət

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) Azərbaycan mətbuatında nadir analitik imza idi.

Çağdaş.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Əməkdar jurnalist Nuraninin vida mərasimində çıxış edərkən deyib.

N.Məmmədli diqqətə çatdırıb ki, mətbuatda xanım jurnalistlər müxtəlif mövzularda yaxşı publisistik məqalələr yazırlar:

“Amma analitika sahəsində xanım imzalar çox nadir rast gəlinir. Nurani məhz belə nadir imza idi. O və valideynləri uzun illər “Zerkalo” qəzetində çalışıblar. Azərbaycanın rusdilli mətbuatında intellektual jurnalist dedikdə Nurani və onun valideynləri, o cümlədən onların açdığı yolla gedən gənc jurnalistlər yada düşür. Bizdən sonra bu dünyada, sözümüz, imzamız qalır. Nurani həqiqətləri yazırdı. Əminik ki, Nuraninin sözü də, imzası da Azərbayacn mətbuatında həmişə qalacaq. Onu həmişə xatırlayacağıq”.

Daha sonra “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu və “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər.

Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.