Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Berlindən Rusiyaya qarşı 12 milyard avroluq həmlə: Almaniya uzaqmənzilli raket cəbbəxanası yaradır

Cəmiyyət

Almaniya hökuməti Rusiyanın hərbi təhdidlərinin qarşısını almaq və çəkindiricilik nümayiş etdirmək məqsədilə yeni uzaqmənzilli silah cəbbəxanasının yaradılmasına təxminən 12 milyard avro xərcləməyi planlaşdırır.

Cagdas.az xəbər verir ki, bu barədə “Politoco” nəşri Almaniya Müdafiə Nazirliyinin daxili məxfi sənədlərinə istinadən məlumat yayıb.

Söhbət düşmənin komandanlıq məntəqələrini, aerodromlarını, raket buraxılış qurğularını və təchizat mərkəzlərini yüzlərlə və hətta minlərlə kilometr məsafədən vurmaq gücünə malik raket sistemlərindən gedir. Müdafiə Nazirliyinin dörd mərhələdən ibarət planına əsasən, Berlin artıq 2027-ci ildə ilk ucuz qanadlı raketləri almağı, onilliyin sonuna qədər isə ABŞ-ın “Tomahawk” raketlərini və “Typhon” buraxılış qurğularını yerləşdirməyi hədəfləyir.

Bununla yanaşı, Almaniya Böyük Britaniya ilə birgə uçuş məsafəsi 2 000 kilometrdən çox olan yeni qanadlı və hipersəs raketlərin hazırlanması layihəsini icra edir. Rəsmi sənədlərdə qeyd olunur ki, bu silahlar Almaniyaya nüvə həddini keçmədən, adət olunmuş konvensional vasitələrlə “düşmənin dərin arxasında” yerləşən kritik obyektləri məhv etmək imkanı verəcək. Lakin nəzərdə tutulan 12 milyard avroluq büdcə hələ ki Bundestaq tərəfindən rəsmən təsdiqlənməyib.\Musavat.com\