Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Simonyan Koçaryana qalib gəldi

Cəmiyyət

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın parlamentin spikeri Alen Simonyana qarşı qaldırdığı iddia məhkəmə tərəfindən tam təmin edilməyib.

Cagdas.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hüquq şirkəti “AM Law Firm”-in yaydığı məlumata görə, Koçaryan Simonyanın onun şərəf və ləyaqətini ləkələyən ifadələr səsləndirdiyini iddia edərək həmin məlumatların təkzib olunmasını və kompensasiya ödənilməsini tələb edib.

İddiaya səbəb Simonyanın Köçəryan haqqında səsləndirdiyi fikirlər olub. Ermənistan parlamentinin spikeri keçmiş prezidenti “qatil”, “korrupsiyalaşmış şəxs” və “quldur” adlandırıb, onun Ermənistanı şəxsi qazanc məkanı kimi gördüyünü iddia edib.

Simonyan, həmçinin Koçaryanın “əllərinin qana bulaşdığını” bildirib və onun Ermənistan cəmiyyətinə yad olduğunu söyləyib.

Məhkəmə isə Koçaryanın tələblərini tam şəkildə rədd edib. Qərarın hüquqi əsaslandırması açıqlansa da, hüquq şirkəti həmin əsaslandırmaya ayrıca münasibət bildirməyib.\modern.az\