Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hər uşağa 70 min dollar yardım veriləcək – Sinqapurda

Cəmiyyət

Sinqapur hökuməti ölkədə rekord həddə geriləyən doğum səviyyəsini artırmaq və ailələri dəstəkləmək məqsədilə genişmiqyaslı yeni tədbirlər paketi hazırlayıb.

Cagdas.az xəbər verir ki, yeni paket çərçivəsində 17 yaşadək hər uşaq üçün ümumilikdə təxminən 70 min ABŞ dollarına qədər birbaşa dövlət dəstəyi nəzərdə tutulur.

Bundan başqa, ailələrə uşaq bağçası və uşağa qulluq xərcləri ilə bağlı subsidiyalar veriləcək, valideyn məzuniyyətinin müddəti artırılacaq.

Yeni doğulan hər uşaq üçün isə ailələrə 10 min Sinqapur dolları – təxminən 7 879 ABŞ dolları məbləğində bonus ödəniləcək.

Uşaqlı ailələr dövlət mənzillərinin bölüşdürülməsi zamanı da üstünlük əldə edəcəklər.

Hökumətin bu addımları ölkədə doğum səviyyəsinin kəskin azalması fonunda atılır. Sinqapurda ümumi doğum əmsalı hazırda 0,87 səviyyəsindədir ki, bu da əhalinin nəsil artımını təmin etmək üçün tələb olunan göstəricidən xeyli aşağıdır.

Lakin ekspertlər hesab edirlər ki, yalnız maliyyə dəstəyi doğum səviyyəsinin yüksəlməsi üçün kifayət etməyə bilər. Gənclər arasında uşağa çəkilən xərclərlə yanaşı, təhsil sistemindəki yüksək rəqabət, iş mədəniyyəti, sosial təzyiq və şəxsi azadlığın itirilməsi ilə bağlı narahatlıqlar da geniş yayılıb.

Sorğulara əsasən, respondentlərin demək olar ki, üçdə biri bildirir ki, heç bir dövlət siyasəti onların uşaq sahibi olmaq istəyini artırmayacaq.\modern.az\