Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib

Cəmiyyət

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib.

Cagdas.az xəbər verir ki, 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən düşərgəyə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaş arası 30 məktəbli şəhid övladı cəlb olunub.

Düşərgə gələcəyin liderlərinin yetişdiyi zəngin bir inkişaf platforması kimi qapılarını iştirakçıların üzünə açıb. Düşərgənin əsas məqsədi şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar təcrübəli mütəxəssislərin təlimlərində yer alaraq komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, məktəblilər üçün intellektual oyunlar, idman yarışları, əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri keçirilib.

Layihənin bağlanış mərasimində deputatlar Ceyhun Məmmədov, Mehriban Vəliyeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin əhəmiyyətindən, gənc nəslin rəqəmsal bacarıqlara yiyələnməsinin və liderlik keyfiyyətlərinin formalaşmasının vacibliyindən, uşaqların yay tətilini səmərəli və faydalı keçirmələri üçün yaradılan şəraitdən danışıb, bu cür təşəbbüslərin gənclərin inkişafındakı əvəzsiz rolunu vurğulayıb, şəhid övladlarının hər zaman diqqət mərkəzində olduğunu qeyd ediblər.

Bağlanış mərasimi şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” adlı xor qrupunun ifasında səslənən vətənpərvərlik və zəfər ruhlu mahnılarla davam edib.

Mərasimin sonunda düşərgədə iştirak edən şəhid övladlarına sertifikatlar və hədiyyələr təqdim olunub.

Sonda isə xatirə fotosu çəkilib.\report\