Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu gecə metro 1 saat artıq işləyəcək

Cəmiyyət

Bu gün saat 20:45-də “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bakı metropolitenindən  Cagdas.az-a verilən məlumata görə, matç penaltilər seriyasına qədər davam etsə, metropolitenin iş saatı uzadılacaq.

Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Ümumilikdə xüsusilə “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeş marağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək.

“28 May” və “Nərimanov” stansiyalarında da gücləndirmə tədbirləri həyata keçiriləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Gün ərzində qatarlar mövcud qrafik ilə hərəkəti davam etdirəcəklər.\referans media\