Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Laçında doğulan uşaqların sayı: neçəsi qız, neçəsi oğlandır?

Cəmiyyət

2026-cı ilin ilk yarısında Laçın rayonunda 419 uşaq doğulub.

Bu barədə Cagdas.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yanvar-iyun aylarında doğulan uşaqların 222-si oğlan, 197-si qız olub.

Hesabat dövründə rayonun şəhər yerlərində 80 doğum qeydə alınıb. Onlardan 52-si oğlan, 28-i qızdır. Kənd yerlərində isə 339 uşaq dünyaya gəlib. Bu uşaqların 170-i oğlan, 169-u qız olub.

Müqayisə üçün, 2025-ci il ərzində Laçın rayonunda ümumilikdə 937 doğum qeydə alınıb. Onların 545-i oğlan, 392-si qız olub.

Bundan əlavə, ötən il şəhər yerlərində 151 uşaq – 89 oğlan və 62 qız, kənd yerlərində isə 786 uşaq – 456 oğlan və 330 qız doğulub.

Xatırladaq ki, bu gün Laçın Şəhər Günü olaraq qeyd edilir.\modern.az\