Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan Qarabağda döyüşən ASALA terrorçusu haqda film çəkir

Cəmiyyət

Ermənistan Müdafiə Nazirliyi ölkənin Milli Qəhrəmanı və separatçı rejimin “qəhrəmanı” elan etdiyi Monte Melkonyan haqqında çəkilən “Monte” filminə əvvəllər vəd etdiyi maliyyə dəstəyindən imtina edib.

Cagdas.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin layihəyə dəstəkdən imtina etməsinin səbəbi filmdə hərbi səhnələrin olmasıdır. Layihəyə Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi, həmçinin İrəvan meriyası tərəfindən maliyyə dəstəyi göstərilib.

Filmin premyerasının noyabrın 25-də keçirilməsi planlaşdırılır. Xəbər yayılanadək Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Monte Melkonyan Ermənistan tərəfindən Milli Qəhrəman elan edilsə də, o beynəlxalq səviyyədə terrorçu kimi tanınır. “ASALA” qruplaşmasının üzvü kimi ABŞ və Fransada terror aktları təşkil edən Melkonyan Azərbaycana qarşı hərbi təcavüzdə aktiv iştirak edib. O 1993-cu ilin iyununda Ağdam ərazisində Milli Ordumuz tərəfindən məhv edilib.\modern.az\