Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan Türkiyəyə YOL ÇƏKİR

Cəmiyyət

Ermənistan Gümrü-Qars dəmir yolu xəttinin tikintisi üçün layihələndirmə işlərinin aparılmasına dair beynəlxalq müsabiqə elan edib.

Cagdas.az xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan məlumat verib.

Onun sözlərinə görə, qalib müəyyənləşdikdən sonra hakimiyyət imkan daxilində ən qısa müddətdə layihələndirməyə, daha sonra isə bilavasitə dəmir yolunun tikintisinə keçməyi planlaşdırır.

Müsabiqənin beynəlxalq elan olunmasına səbəb Ermənistanın layihələndirmə və tikinti şirkətlərinin bu miqyasda layihələrin icrasında təcrübəsinin olmamasıdır.

Gümrü-Qars xəttinin Ermənistan hissəsinin uzunluğu təxminən 21 kilometr təşkil edir. İlkin qiymətləndirmələrə görə, yolun tikintisi üçün təxminən 15 milyon dollar tələb olunacaq.

Aprel ayında Türkiyənin Qars şəhərində Ermənistan və Türkiyənin dəmir yolu əlaqəsinin bərpası və işə salınması üzrə birgə işçi qrupunun görüşü keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi çərçivəsində xəttin tezliklə bərpa edilməsinin vacibliyini vurğulayıblar.\musavat.com\