Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan Rusiyada səfərbərlikdən qaçanlara QAPI AÇDI – VİDEO

Cəmiyyət

Ermənistan Rusiyada yeni səfərbərlik elan ediləcəyi təqdirdə ölkəyə gəlmək istəyən Rusiya vətəndaşlarına mane olmayacaq.

Cagdas.az xəbər verir ki, bu barədə “Dojd” telekanalına Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Onun sözlərinə görə, sərhəddə rusiyalılardan ölkəyə gəliş səbəbləri soruşulmayacaq.

Simonyan vurğulayıb ki, Rusiya vətəndaşları Ermənistana xarici pasport olmadan da gələ bilərlər.

“Rusiya insanına yalnız bir söz deyə bilərəm: “Ermənistana xoş gəlmisiniz”, – deyə o bəyan edib və əlavə edib ki, zərurət yarandıqda Ermənistan hakimiyyəti köməklik göstərməyə hazırdır.

Daha əvvəl KİV və Ukrayna hakimiyyəti Dövlət Dumasının seçkilərindən sonra Rusiyada ehtimal olunan səfərbərlik barədə məlumat yayıb. Kremldə isə bu xəbərləri “informasiya uydurması” adlandırıblar.\musavat.com\