Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rusiya zavodda yanğında ölənlərin sayı 7-yə çatdı

Cəmiyyət
Rusiyanın Amur vilayətində yerləşən Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Daha 9 nəfərin taleyi isə hələlik məlum deyil.
Cagdas.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə kompleksin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kompleksin ərazisində yanğın ocaqları artıq tamamilə söndürülüb. Hazırda texnoloji qazların qalıq həcmlərinin nəzarətli şəkildə yandırılması prosesi başa çatdırılır.
Axtarış-xilasetmə işləri zamanı podratçı şirkətin əməkdaşları olan daha 4 Çin vətəndaşının meyiti aşkarlanıb.
Beləliklə, faciə nəticəsində 7 nəfərin öldüyü təsdiqlənib. Onlardan 1-i Rusiya, 6-sı isə Çin vətəndaşıdır.
Hazırda podratçı şirkətdə çalışan daha 9 Çin vətəndaşının taleyi məlum deyil və onların axtarışı davam etdirilir.
Yanğın avqustun 25-də kompleksin tikinti sahəsində baş verib. Hadisədən sonra çox sayda insan müxtəlif dərəcəli xəsarətlərlə tibbi yardım üçün müraciət edib. Rəsmi məlumatlara görə, 152 nəfər tibbi yardım alıb, 36 yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin baş verdiyi ərazidə araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və hadisənin bütün təfərrüatları araşdırılır.\referans media\