Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rusiya təyyarələri Cənubi Koreyaya DAXİL OLDU – Qırıcılar havaya qaldırıldı

Cəmiyyət

Bir neçə Rusiya hərbi təyyarəsi qısa müddət ərzində Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri qırıcı təyyarələri havaya qaldırıblar. Lakin Rusiya təyyarələri ölkənin hava məkanını pozmayıb.

Cagdas.az “Yonhap News”a istinadən xəbər verir ki, bu barədə avqustun 26-da Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı məlumat yayıb.

İnsident çərşənbə axşamı günortadan sonra baş verib. Rusiya hərbi təyyarələri Cənubi Koreyanın ən şərqdə yerləşən Dokdo adaları və ona yaxın Ulleung adası ərazisindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Bir müddət sonra onlar həmin zonanı tərk ediblər.

Cənubi Koreya hərbçiləri təyyarələri hava hücumundan müdafiə zonasına daxil olmamışdan əvvəl aşkar etdiklərini bildiriblər. Bundan sonra mümkün gözlənilməz vəziyyətlərə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri havaya qaldırılıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının bəyanatında deyilir:

“Cənubi Koreya Silahlı Qüvvələri Rusiya hərbi təyyarələrini hava hücumundan müdafiə zonasına daxil olmamışdan əvvəl aşkar edib və bütün mümkün gözlənilməz vəziyyətlərə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin qırıcılarını havaya qaldırıb”.

Eyni zamanda, hərbçilər Rusiya təyyarələrinin ölkənin hava məkanını pozmadığını xüsusi vurğulayıblar.

Hava hücumundan müdafiə identifikasiya zonası nədir?

Hava hücumundan müdafiə identifikasiya zonası dövlətin ərazi hava məkanı hesab edilmir. Bu zona xarici təyyarələrin özlərini identifikasiya etməsi üçün müəyyən edilir. Bunun əsas məqsədi mümkün təsadüfi toqquşmaların qarşısını almaqdır.\musavat.com\