Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Daha 10 ünvanda minib-düşmə yerləri quraşdırıldı

Cəmiyyət

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

AYNA-dan  Cagdas.az-a bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Yeni minib-düşmə yerlərinin təşkil olunduğu ərazilər aşağıdakılardır:

Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);

İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);

Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);

9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);

Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı (minib-düşmə yeri);

Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);

Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);

Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus zolağında minib-düşmə yeri). \referans media\