Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

5 səhmdar cəmiyyətinin səhm paketi, 82 avtomobil və gəmi hərraca çıxarılır

Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1, 8 və 15 sentyabr tarixlərində keçiriləcək hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 1 gəmi və 82 avtomobil çıxarılıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.

Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan Kəndkimya”, “Xosrov Metal Plastmas”, “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68.807 manatla 837.777 manat arasında dəyişir.

Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri “Point Brower D” markalı gəmidir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.\referans media\