Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xırdalan-Biləcəri dəmiryol körpüsünün bərpasına başlanıldı

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.

Cagdas.az ADY-yə istinadən xəbər verir ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.

Bildirilib ki, körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.

Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

ADY üçün əsas prioritet bərpa işlərini mümkün qədər operativ şəkildə, eyni zamanda bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə yekunlaşdırmaqdır. Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.

Qurum qeyd edib ki, müvəqqəti dəyişikliklərin dəyərli sərnişinləri üçün yaratdığı çətinliyi anlayır: “Daha təhlükəsiz və etibarlı dəmir yolu infrastrukturu üçün həyata keçirilən işlər müddətində göstərdikləri anlayışa görə sərnişinlərimizə təşəkkür edirik”.\modern.az\