Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda ucuz təyyarə bilətləri satışa çıxarılacaq – TARİX

Cəmiyyət

Nəqliyyat əlçatanlığının yaxşılaşdırılması Azərbaycana turist axınının artırılması baxımından mühüm amillərdən biridir.

Cagdas.az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının 8.2.3-cü “Nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması” istiqamətində xarici ölkələrlə birbaşa hava əlaqələrinin genişləndirilməsi, uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinin daha əlçatan və rəqabətqabiliyyətli olması, eləcə də region hava limanlarına yeni beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi ilə bağlı konkret tədbirlər müəyyən edilib.

Belə ki, 2030-cu ilədək azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi və mövcud uçuşlar üzrə tezliyin 20 faiz artırılması hədəflənir.

Bu baxımdan, daha çox birbaşa aviareysin təşkili, uçuş tezliyinin artırılması və aviabiletlərin regional rəqib destinasiyalarla müqayisədə daha qiymətlərə təklif olunması Azərbaycana səfərin əlçatanlığını yüksəldə və turistlərin ölkə seçimlərinə müsbət təsir göstərə bilər.

Dövlət Proqramında aviabilet qiymətlərinə təsir edən amillərin təhlili, onların aradan qaldırılması və nəticədə ölkəyə gələn turistlərin sayının artırılması birbaşa hədəf kimi müəyyən edilib.

Eyni zamanda, regional hava limanlarından beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin istifadəsinin genişləndirilməsi turistlərin yalnız Bakı deyil, regionlara da daha rahat çıxışını dəstəkləyə bilər. Beləliklə, hava nəqliyyatının əlçatanlığının artırılması həm ölkəyə ümumi turist axınının, həm də regionlara turist səfərlərinin genişlənməsinə mühüm töhfə verə bilər.