Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ölkədə yaşa görə pensiya 4 dəfə artırılır

Cəmiyyət

Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib.

Cagdas.az xəbər verir ki, bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb.

“Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə artması, bir çoxları üçün isə ikiqat artması deməkdir”, – Magyar bildirib.

O, yaşa görə minimum pensiyanın 2008-ci ildən bəri 28.500 forint (təxminən 154 AZN) səviyyəsində dəyişməz qaldığını xatırladıb.

Bundan əlavə, Baş nazir bildirib ki, reseptli dərmanlara ƏDV ləğv ediləcək və odun alışı zamanı ƏDV 27%-dən 5%-ə endiriləcək ki, bu da yüz minlərlə yaşlı macarın həyat şəraitini yaxşılaşdırılmasına kömək edəcək.\sfera.az\