Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Meyvə şirələri qan azlığına çarə ola bilərmi?

Cəmiyyət

Qan azlığı (anemiya) cəmiyyətdə xüsusilə uşaqlar və gənclər arasında ən çox rast gəlinən səhhət problemlərindən biridir. İnsanlar çox vaxt hemolobin göstəricilərini qaldırmaq üçün təbii üsullara, xüsusən də müxtəlif meyvə şirələrinə üstünlük verirlər. Lakin qan azlığının yaranma səbəbləri müxtəlif olduğundan, yalnız meyvə şirələri içməklə problemi kökündən həll etmək hər zaman mümkün olmaya bilər. Mütəxəssislər bildirirlər ki, orqanizmdə qan yaranma prosesinin pozulması fərqli amillərlə bağlı ola bilər və düzgün müalicə taktikası seçmək üçün ilk növbədə dəqiq diaqnoz qoyulmalıdır.

Cagdas.az-un məlumatına görə, meyvə şirələri qan yaranma prosesinə kömək edə bilər, lakin bunun üçün qan azlığının nəyə bağlı olduğunu bilmək vacibdir. Meyvə şirələri qan yaranmada kömək edə bilər. Ama bilmək lazımdır ki, qan yaranmanın pozulması, azalması, zəif olması və qan azlığı nəyə bağlıdır. Əgər məsələn, vitamin azlığına bağlıdırsa və yaxud da qan yaranmada tələb olunan maddələr meyvə şirələrinin tərkibində varsa, əlbəttə, bu, qan yaranmanın daha yaxşı olmasına kömək edəcək.

Ümumiyyətlə, qan yaranmanın pozulmasının səbəbi araşdırılmalıdır. Əgər o səbəb vitaminlərlə bağlıdırsa, o zaman yazdığımız müalicə ilə yanaşı meyvə şirələri, düzgün qidalanma və s. xəstəyə tövsiyə olunur. Digər hallarda isə əsas xəstəliyi müalicə etməklə normal qan yaranmanı bərpa edə bilərik.\Oxu24.com\