Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Robot-tozsoran arvadının xəyanətini çəkdi – ər məhkəməni uddu, sonra…

Cəmiyyət

Tayvanda qeyri-adi məhkəmə işi böyük rezonans doğurub. Bir kişi kameralı robot-tozsorandan istifadə edərək həyat yoldaşının başqa kişi ilə münasibətini qeydə alıb.

Cagdas.az  xəbər verir ki, kişi arvadının ona xəyanət etdiyindən şübhələndikdən sonra robot-tozsoranı mobil tətbiq vasitəsilə uzaqdan işə salıb. Cihazın kamerası qadının başqa kişi ilə intim görüşünü qeydə alıb.

Kişi həmin görüntüləri məhkəməyə təqdim edərək həyat yoldaşına və onun sevgilisinə qarşı mülki iddia qaldırıb. Məhkəmə onun xeyrinə qərar çıxarıb və qarşı tərəfin 500 min Tayvan dolları – təxminən 17 min ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib.

Lakin məsələ bununla yekunlaşmayıb. Daha sonra kişinin özü həyat yoldaşının şəxsi həyatını onun razılığı olmadan qanunsuz şəkildə qeydə aldığına görə məsuliyyətə cəlb edilib.

Məhkəmə bildirib ki, nikah münasibətləri şəxsin məxfilik və şəxsi həyat hüququnu aradan qaldırmır. Görüntülərin məqsədli şəkildə və qadının xəbəri olmadan çəkildiyi müəyyən edilib.

Nəticədə kişi arvadının xəyanətinə görə təzminat almağa nail olsa da, qanunsuz çəkilişə görə beş aylıq həbs cəzasına və cəriməyə məhkum edilib.\referans media\