Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəşad Sadıqov: “Qurbanov 1 oyun uduzdu millidən göndərildi, indi də…”

Cəmiyyət

“İlk növbədə onu deyə bilərəm ki, çox məyusam. Məyusluğum Qurban Qurbanova görə deyil. Onun barəsində səsləndirilən fikirlərə görədir. Onların adına heyfslənirəm”.

Cagdas.az  “teleqraf.az”a xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 12 il sonra “Qarabağ”ın avrokuboklardan kənarda qalması ilə bağlı danışarkən deyib.

Mütəxəssis Qurban Qurbanovun millidən göndərilməsini xatırlayıb:

“Qarabağ” əlindən gələni etdi, çox çalışdılar. Rəqibləri çətin idi. Əvvəlcə “Dinamo Kiyev” sonra “Tvente”, zədələr… Bu məqamlar olduqca önəmlidir.

Dostlarla müzakirə edəndə də həmişə deyirəm ki, Qurban Qurbanovun uduzmaq limiti yoxdur. Bir oyun uduzdu, millidən göndərdilər, bir mövsüm avrokubokların qrupuna düşmədi, bu cür tənqidlər olur. Məntiqlə düşünsək, bu seriya 6-7-ci mövsümdə qırılmalı idi. 12 il özü də fantastik göstəricidir”.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off turunda Niderlandın “Tvente” klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu səfərdə 1:0 hesablı nəticə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 hesabı ilə qələbə qazanıb.