Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

3 övladı olan ailələrə müavinət verilə bilər — Yeni açıqlama

Cəmiyyət

“Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub”.

Cagdas.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, təkliflərdə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur:

“Bu dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq. Belə ailələrdə hər uşağa görə aylıq müavinət ödənilməsi, həmçinin valideynlərin daha erkən pensiyaya çıxması təklif edilir.

Layihədə üç uşaqlı ailələr üçün pensiya yaşının 3 il, dörd uşaqlı ailələr üçün 4 il, beş və daha çox uşağı olan ailələr üçün isə 5 il azaldılması nəzərdə tutulur.

Mövcud meyarın dəyişdirilməsi daha çox ailənin dövlət sosial dəstəyindən yararlanmasına imkan verə bilər. Bu addımın eyni zamanda üç və daha çox uşaqlı ailələrin sosial təminatının gücləndirilməsinə və ölkədə təbii artımın stimullaşdırılmasına xidmət edəcəyi gözlənilir. Təkliflərlə bağlı Milli Məclisdə müzakirələrin aparılması gözlənilir”.