Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda bu avtobusda qiymət 65 qəpik oldu

Cəmiyyət

Sentyabrın 1-dən 199 nömrəli marşrut xəttində avtobuslar dəyişdiriləcək.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan avtobuslar CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri ilə əvəzlənəcək.

199 nömrəli marşrut üzrə avtobuslar Nərimanov rayonu, Nemət Quliyev küçəsi (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) – Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) istiqamətində hərəkət edəcək.

Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,65 manat təşkil edir.\Sfera.az \