Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

Cəmiyyət

Şimali Kipr sahillərində 267 nəfərin olduğu “Filo Jet” sərnişin gəmisinin batması ilə bağlı istintaqda yeni mərhələ başlayıb.

Cagdas.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza ilə bağlı saxlanılan 9 nəfər Girnə Qəza Məhkəməsinə çıxarılıb.

Məhkəmə qarşısına gəminin kapitanı, 7 ekipaj üzvü və daşıyıcı şirkətin bir əməkdaşı çıxarılıb. İstintaq çərçivəsində saxlanılan şəxslərin ifadələrinin alınması və hadisənin texniki tərəflərinin araşdırılması gözlənilir.

Türkiyə mediasında yayılan məlumatlarda “Filo Jet”in ekipajında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Onların Valeh Hümmətov və Rəşad İbrahimov olduğu bildirilir.

Xatırladaq ki, gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla 267 nəfər olub. Gəmi limandan ayrıldıqdan qısa müddət sonra ön hissəsindən su almağa başlayıb və daha sonra alabora olaraq 514 metr dərinliyə batıb. Hadisə zamanı 8 nəfərin öldüyü, 18 nəfərini isə itkin düşdüyü bildirilir. \ölkə.az\