Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakının ən böyük prospektlərindən biri BAĞLANIR

Cəmiyyət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır.

Cagdas.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

“Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, – deyə agentlik bəyan edib.\ölkə.az\