Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda daha çox bu yaşda olanlar iş tapır – RƏQƏMLƏR

Cəmiyyət

Azərbaycanda bu ilin ilk 7 ayında işə düzələnlər arasında ən böyük pay 20-24 yaşlı şəxslərə düşüb.

Cagdas.az -ın Dövlət Məşğulluq Agentliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yanvar-iyul aylarında Agentliyin dəstəyi ilə 103 mindən çox şəxsin işlə təmin olunmasına vasitəçilik edilib. İşə düzələnlərin yaş bölgüsündə ilk sırada 20-24 yaş qrupu qərarlaşıb. Bu yaşda olanlar ümumi göstəricinin 17,6 faizini təşkil edib.

Onları 35-39 yaşlı şəxslər 13,3 faiz, 30-34 yaş qrupu 12,7 faiz, 25-29 yaşlılar isə 12 faiz göstərici ilə izləyib. Rəqəmlər göstərir ki, əmək bazarında ən fəal qruplardan biri məhz gənclərdir. Əmək bazarında təklif olunan iş yerlərinin sayı da kifayət qədər yüksək olub. Belə ki, 2026-cı ilin ilk 7 ayı ərzində işəgötürənlər “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) Vakansiya Bankına 320 minədək vakansiya daxil ediblər.

Hazırda sistemdə 65 mindən çox aktiv iş yeri var. Təkliflər yalnız bir neçə sahə ilə məhdudlaşmır. Vakansiyalar arasında mühəndis, mühasib, direktor, müəllim, marketoloq kimi mütəxəssis vəzifələri ilə yanaşı, fəhlə, dülgər, barista və digər peşələr üzrə də iş yerləri mövcuddur. Beləliklə, ilin ilk 7 ayının göstəriciləri həm işə düzələnlərin sayının 100 mini keçdiyini, həm də əmək bazarında işəgötürənlərin yüz minlərlə yeni vakansiya formalaşdırdığını göstərir.\sfera.az\