Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır

Cəmiyyət

COP17-nin yaxınlaşmasını simvolizə edən daha bir element – konfransın başlanmasına qədər qalan vaxtı göstərən kəpənək paytaxtda quraşdırılıb.

Cagdas.az xəbər verir ki, bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

“Bundan sonra o, hər gün bizə İrəvanın biomüxtəlifliyin qorunmasına həsr olunmuş ən mühüm qlobal konfranslardan birinə ev sahibliyi etməsinə nə qədər vaxt qaldığını xatırladacaq. Hər gün COP17-yə daha da yaxınlaşırıq. Bu tədbir Ermənistanı təbiətin mühafizəsi ilə bağlı qlobal dialoq və qərarların qəbul edilməsi üçün əsas platformalardan birinə çevirəcək. Geri sayım başlayıb. İrəvan COP17-yə hazırlaşır. Təbiətin naminə fəaliyyət göstəririk”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Xatırladaq ki, COP17 Ermənistanın paytaxtı İrəvanda 19-30 oktyabr tarixlərində keçirilicək.\modern.az\