Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı

Cəmiyyət

Sentyabrın 1-i saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Cagdas.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.

Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 300-524 faizini təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışı ilə yanaşı, xırda dənəli dolu da müşahidə olunub.

Rayonlarda ən çox yağıntı Şahdağda qeydə alınıb – 51 mm. Bu, aylıq normanın 151 faizinə bərabərdir. Qusarda 28, Qəbələdə 18, Xızı, Xaltan və Şabranda 14, Qrızda 13, Xınalıq və Ağstafada 10, Lerik və Oğuzda 8, Zaqatala, Qax, Şəki və Balakəndə 7, Qobustanda 5, Qubada 4 mm yağıntı düşüb.

Lənkəran, Astara və Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar və Daşkəsəndə 2 mm, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm-dək yağıntı qeydə alınıb.

Bəzi ərazilərdə güclü külək də müşahidə olunub. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eləcə də Şirvanda 18, Culfada isə 17 metr/saniyəyə çatıb.