Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi

Cəmiyyət

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyini başa çatdırıb və Pakistana təhvil verib.

Cagdas.az  xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ŞƏT-ə üzv dövlətlərin dövlət başçılarının iclasının yekunlarına əsasən məlumat verilib.

Qırğızıstan 2025-2026-cı illərdə ŞƏT-ə sədrlik edib. Sədrliyin əsas yekunu təşkilatın 25 illiyinə həsr olunmuş yubiley sammiti olub. Sammitdə ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi və 30-dan çox sənəd imzalanıb.

“24.kg” portalı yazır ki, qəbul edilmiş qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, energetika, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir.

Növbəti sədrlik dövrü Pakistanın rəhbərliyi ilə həyata keçiriləcək. İslamabad təşkilatın fəaliyyətini koordinasiya etməli və dövlət başçılarının növbəti iclasını hazırlamalıdır.

Bundan əlavə, Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.\modern.az\