Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Deputatlar tətildən qayıtdı – İndi nə edəcəklər?

Cəmiyyət
Azərbaycanda deputatların yay tətili başa çatıb.

Cagdas.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətili iyulun 15-də başlayır və avqustun 30-da yekunlaşır.

Avqustun 30-u bazar gününə düşdüyünə görə parlamentarilər bir gün sonra işə çıxıblar.

Nizamnaməyə əsasən, sentyabrın 15-də qanunverici orqanın komitələrinin iclasları başlayacaq. Amma bəzi hallarda komitələr daha tez toplanır.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.

Xatırladaq ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-da start götürür və dekabrın 30-da yekunlaşır. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.\Ölkə.az \