Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu geyimləri qanunsuz geyinənlərə CƏZA VERİLƏCƏK

Cəmiyyət

Azərbaycanda əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunur.

Cagdas.az  xəbər verir ki, belə geyim formalarının qanunsuz olaraq daşınmasına görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək cərimə tətbiq edilir.

Bundan başqa, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu hüquqdan qanunla nəzərdə tutulmayan hallarda istifadə etdikdə cərimələnə bilərlər.

Belə şəxslərin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək cərimə nəzərdə tutulur.

Beləliklə, hərbi və xüsusi geyim formalarının daşınması ilə bağlı məsuliyyət həm bu geyimləri qanunsuz əldə edib daşıyan şəxslərə, həm də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqdan sonra geyim formasını müəyyən edilmiş qaydalardan kənar daşıyan şəxslərə şamil edilir./Ajans.az/