Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“WhatsApp”da yeni dövr başlayır! Şübhəli mesaj alanlar dərhal xəbərdar ediləcək

Cəmiyyət

“WhatsApp” istifadəçiləri üçün yeni təhlükəsizlik funksiyasını test etməyə başlayıb. “Scam Alert” adlandırılan xüsusiyyət naməlum nömrələrdən gələn şübhəli mesajları süni intellekt vasitəsilə analiz edərək mümkün dələduzluq cəhdləri barədə istifadəçini xəbərdar edəcək.

Cagdas.az xəbər verir ki, Yeni funksiya ilk mərhələdə beta istifadəçiləri üçün əlçatan olacaq. “Scam Alert” tanınmayan nömrələrdən göndərilən mesajları analiz edərək onların potensial dələduzluq riski daşıyıb-daşımadığını müəyyənləşdirməyə çalışacaq. Sistem mesajın şübhəli olduğunu müəyyən etdikdə istifadəçiyə xəbərdarlıq göstərəcək.

Xəbərdarlıqdan sonra istifadəçi şübhəli nömrəni bloklaya və həmin hesabı “WhatsApp”a şikayət edə biləcək. Əgər mesajın etibarlı şəxsdən gəldiyi düşünülürsə, nömrəni etibarlı kontaktlar siyahısına əlavə etmək də mümkün olacaq.

Funksiyanın əsas xüsusiyyətlərindən biri süni intellekt texnologiyasından istifadə etməsidir. Sistemin cihaz üzərində işləyəcəyi və şübhəli mesajlaşma davranışlarını analiz edərək mümkün riskləri müəyyənləşdirəcəyi bildirilir. Bu yanaşma istifadəçilərin şəxsi məlumatlarının qorunması baxımından da diqqət çəkir.

Etibarlı kontakt kimi əlavə edilən şəxslə söhbətlər zamanı istifadəçinin söhbətdəki son 5 mesajı qarşı tərəfə göndərməsi mümkün olacaq. Bununla yanaşı, mesajı göndərən şəxs qarşı tərəfin “Scam Alert” funksiyasından istifadə edib-etmədiyini görə bilməyəcək.

Yeni funksiya hazırda sınaq mərhələsindədir. “Scam Alert”in “WhatsApp”ın 2.26.34.1 beta versiyasından istifadə edən Android istifadəçiləri üçün test edildiyi bildirilir.
Sınaqların nəticələrindən sonra funksiyanın daha geniş istifadəçi kütləsinə təqdim edilməsi gözlənilir.\referans media\