Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bişkekdə maraqlı an: İran Prezidenti qızı ilə Azərbaycan dilində danışdı – VİDEO

Cəmiyyət

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedən İran Prezidenti Məsud Pezeşkianın qızı ilə danışığı diqqət çəkib.

Cagdas.az  xəbər verir ki, Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib.

“Zəhra, bura gəl! Keç gəl bura!” – Məsud Pezeşkian qızına deyib.

İran Prezidentinin qızına Azərbaycan dilində müraciət etdiyi anın videogörüntüsü sosial mediada izləyici  marağına səbəb olub.

Qeyd edək ki, Məsud Pezeşkian bəzi vacib xarici səfərlərə adətən qızı Zəhra Pezeşkianla gedir. Doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişdiyindən birinci xanımların da iştirak etdiyi mərasimlərdə İranı Prezidentin qızı Zəhra Pezeşkian təmsil edir.\modern.az\