Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

TƏBİB 72 mindən çox tibb işçisinin maaşını artırır

Cəmiyyət

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqları artırılır.

Cagdas.az  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

A.Bayramov bildirib ki, onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyətinin əməkdaşlarıdır. 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfər isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.

Qeyd olunub ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Əməkhaqqı artımları vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.\modern.az\