Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı

Cəmiyyət

Nadir və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısı genişləndirilib.

Sfera.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, siyahıya daha üç dərman vasitəsi daxil edilib:

Kuvan (Kuvan) – beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, marketinq və dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi: Biomarin;

Diterin (Sapropterin Difarma) – beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, vəsiqənin sahibi: Dipharma;

Steksli (Ctexli) – beynəlxalq patentləşdirilmiş adı: Chenodiol (chenodeoxycholic acid), vəsiqənin sahibi: Mirum Pharmaceuticals.

Beləliklə, nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına yeni preparatlar əlavə olunub.