Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi

Cəmiyyət

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) keçmiş sədri Qaqik Xaçatryan həbs edilib.

Cagdas.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib. Xaçatryan sentyabrın 1-də xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. İstintaq çərçivəsində Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli olduğu bildirilən təxminən 21 şirkətin ofis və filiallarında axtarış və digər prosessual tədbirlər həyata keçirilib. İstintaq Komitəsi daha sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Məhkəmə isə sentyabrın 2-də vəsatəti təmin edərək Qaqik Xaçatryanın iki ay müddətinə həbsinə qərar verib. Beləliklə, Ermənistanda yüksək vəzifə tutmuş keçmiş məmurla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir. Xaçatryana qarşı irəli sürülən ittihamların məhkəmə tərəfindən yekun qiymətləndirilməsi isə hələ qarşıdadır.\sfera.az\