Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Bakı-Tbilisi qatarına saxta bilet satılır – (Foto)

Cəmiyyət

Son günlər Azərbaycan Dəmir Yollarına (ADY) bu marşrut üzrə saxta biletlərin satılması ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur.

Cagdas.az xəbər verir ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

ADY-dən qeyd olunub ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir və araşdırmalar aparılır. Saxtakarlıq halları mütəmadi olaraq aşkarlanır, bu əməlləri törədən şəxslərin və müvafiq sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cəzalandırılması təmin olunur.

ADY bir daha bildirir ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir, həmçinin bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.\milli.az\