Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? – SƏBƏB

Cəmiyyət

“Bakıda daşınmaz əmlakın bahalaşmasının bir neçə əsas səbəbi var. İlk növbədə, tikinti həcminin kifayət qədər olmaması, tikinti normativlərinin sərtləşdirilməsi və tikintinin maya dəyərinin artması qiymətlərə birbaşa təsir göstərir. Bu baxımdan tikinti xərcləri əhəmiyyətli dərəcədə yüksəlib”.

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc  BAKU.WS-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın qiymət artımına təsir edən əsas amillərdən biri də torpaq sahələrinin məhdudlaşmasıdır:

“Torpaq qiymətlərində ciddi artım müşahidə olunur. Bu səbəbdən xüsusilə şəhərin mərkəzində tikinti aparmaq beş il əvvəlki dövrlə müqayisədə təxminən iki-iki tam onda beş dəfə daha baha başa gəlir. Təbii olaraq, bu yüksək xərclər yeni tikililərdə mənzillərin satış qiymətlərində də öz əksini tapır.

Digər mühüm səbəb daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyidir. Hazırda investorların bir qismi daşınmaz əmlakı ölkədə yatırım üçün daha risksiz və etibarlı istiqamətlərdən biri kimi qiymətləndirir. Bu da bazarda tələbi artıraraq qiymətlərə təsir göstərir”.

AQC sdəri qeyd edib ki, Bakıda ən yüksək mənzil qiymətləri əsasən Səbail rayonunda müşahidə olunur:

“Bununla yanaşı, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarında da qiymətlər digər ərazilərlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəbi həmin rayonlarda infrastrukturun daha yaxşı inkişaf etməsi, biznes mərkəzlərinin, AVM-lərin, ictimai iaşə obyektlərinin və digər xidmət sahələrinin çoxluğudur. Eyni zamanda əhalinin işlək hissəsinin böyük bir qismi məhz bu ərazilərdə məskunlaşıb. Turizm baxımından cəlbedici məkanların da əsasən həmin rayonlarda yerləşməsi qiymətlərə təsir edən amillərdəndir. Hazırda ən bahalı mənzil bir kvadratmetri təxminən 20 min manata çatır.

Ötən ilin eyni dövrü ilə müqayisədə mənzil qiymətlərində artım təxminən 12 faiz təşkil edib. Bu artımın ilin sonuna qədər davam edəcəyi gözlənilir. Qiymətlərin formalaşmasına təsir edən əsas amillər sırasında inflyasiyanı və manatın alıcılıq qabiliyyətindəki dəyişiklikləri də nəzərə almaq lazımdır. Bu faktorlar daşınmaz əmlak bazarında qiymətlərin gələcək dinamikasına birbaşa təsir göstərə bilər”.