Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Bəzi avtobuslarda məsafəyə görə ödəniş tətbiq olunur – YENİLİK

Cəmiyyət

Ölkədə ictimai nəqliyyatın fəaliyyətində yeni mərhələ başlayıb.

Cagdas.az  xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara əsasən, müntəzəm avtobus marşrutları mərhələli şəkildə “brutto müqavilə” sisteminə keçirilir.

Yeni mexanizmə görə, daşıyıcı şirkətlərin gəliri daha yığdıqları sərnişin sayından asılı olmayacaq. Dövlət daşıyıcılara ödənişi avtobusun qət etdiyi məsafəyə və xidmətin keyfiyyətinə görə edəcək. Şirkətlər qarşısında avtobusların təmizliyi, hərəkət intervalı və təyin olunmuş qrafikə dəqiq əməl edilməsi kimi tələblər qoyulur.

Bu sistem ilk növbədə sərnişinlərin illərdir qarşılaşdığı əsas problemləri həll edəcək. Artıq sürücülər daha çox sərnişin toplamaq üçün dayanacaqlarda uzun müddət gözləməyəcək və yollarda yarışa çıxmayacaq. Eyni zamanda, sərnişin axınının azaldığı axşam saatlarında və ya azrentabelli şəhərətrafı marşrutlarda avtobusların fəaliyyətsiz qalmasının qarşısı alınacaq.

Sistemə nəzarət xüsusi proqram təminatı vasitəsilə həyata keçiriləcək. Qrafiki pozan və ya xidmət keyfiyyətini aşağı salan daşıyıcılara qarşı maliyyə sanksiyaları tətbiq olunacaq.

Yenilik ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli marşrutlarda tətbiq edilməyə başlayıb. Yaxın vaxtlarda digər xətlərin də bu sistemə qoşulması nəzərdə tutulur.\modern.az\