Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Alen Simonyan Azərbaycana gələcək

Cəmiyyət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə sülh prosesinin dərinləşdirilməsinin müzakirə edildiyini bildirib.

Cagdas.az  xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin sülhlə bağlı bütün addımları atdığını və atmağa davam edəcəyini məmnunluqla qeyd edib.

“Razılaşdıq ki, indiyədək həllini tapmayan məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq edək”, – deyə Simonyan bildirib.

Ermənistan rəsmisi həmçinin Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. Belə bir görüş daha əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsində Armen Qriqoryanın olduğu dövrdə də planlaşdırılmışdı.

“Belə bir səfər edəcəyimi istisna etmirəm, lakin bununla bağlı hər hansı tarix deyə bilmərəm”, – Alen Simonyan qeyd edib.\modern.az\