Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Cəmiyyət

Formula 1-ə görə Bakıda bəzi məktəblər onlayn dərsə keçəcək. 

Cagdas.az Bakı Şəhər Halqasının marşrutunu və əvvəlki illərdə tətbiq olunan qərarları araşdırıb.

Əvvəlki Formula 1 yarışları zamanı 132–134 nömrəli Təhsil Kompleksi, 6 nömrəli məktəb-lisey, 7 və 8 nömrəli məktəblər, 160 nömrəli Klassik Gimnaziya, Elitar Gimnaziya, 189–190 nömrəli məktəb, 2 və 147 nömrəli texniki-humanitar liseylər, 27 nömrəli, eləcə də 1 nömrəli məktəb müxtəlif illərdə onlayn tədrisə keçirilib.

Bu məktəblərin bir qismi birbaşa Bakı Şəhər Halqasının yaxınlığında, digərləri isə yarış günlərində yolların bağlandığı və giriş-çıxışın məhdudlaşdırıldığı mərkəzi ərazilərdə yerləşir.

Xüsusilə 132–134 nömrəli Təhsil Kompleksi, 6 nömrəli məktəb-lisey, 7 nömrəli məktəb və 160 nömrəli Klassik Gimnaziyanın adlarına əvvəlki illərin siyahılarında dəfələrlə rast gəlinir.

189–190 nömrəli məktəb də Formula 1 səbəbilə əvvəlki illərdə distant tədrisə keçirilən məktəblər sırasında olub. \modern.az\