• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşağınız məktəbə getmək istəmir? – VACİB TÖVSİYƏLƏR

04 Sentyabr, 26 / 22:47
A A

Məktəbə başlamaq uşaq üçün həyatının yeni və mühüm mərhələlərindən biridir. Yeni mühit, gündəlik rejim, dərs yükü və sosial münasibətlər uşağın həm fiziki, həm də emosional vəziyyətinə təsir göstərə bilər. Bəs valideynlər övladlarının məktəbə daha rahat uyğunlaşması üçün nələrə diqqət etməlidirlər? Uşağın qidalanması necə təşkil olunmalıdır? Xəstəlik əlamətləri olan uşağı məktəbə göndərmək olarmı?

Cagdas.az xəbər verir ki, Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova məktəbə başlayan uşaqların sağlamlığı, qidalanması və yeni mühitə adaptasiyası ilə bağlı sualları cavablandırıb.

– Məktəbə başlamazdan əvvəl uşaqların peyvəndlənməsi nə qədər vacibdir?

– Məktəbə başlamazdan əvvəl valideynlərə tövsiyə edərdim ki, övladlarının yaşına uyğun bütün peyvəndlərinin tamamlandığından əmin olsunlar. Peyvəndlər uşaqları bir çox yoluxucu xəstəliklərdən qoruyur və məktəb mühitində infeksiyaların yayılmasının qarşısını almağa kömək edir.

Məktəb mühitində uşaqlar gün ərzində bir-biri ilə sıx təmasda olduqları üçün yoluxucu xəstəliklərin yayılma riski də artır. Bu baxımdan, peyvəndlərin vaxtında vurulması yalnız uşağın öz sağlamlığını qorumaq deyil, eyni zamanda digər uşaqların da sağlamlığının müdafiəsi baxımından əhəmiyyətlidir.

Valideynlər məktəbə hazırlıq zamanı uşağın dərs ləvazimatlarına və geyiminə deyil, onun sağlamlığı ilə bağlı məsələlərə də diqqət yetirməlidirlər. Uşağın sağlam və təhlükəsiz şəkildə məktəbə başlaması üçün peyvəndlərin yaşa uyğun və vaxtında aparılması mühüm addımlardan biridir.

– Uşaq məktəbə getməkdən imtina edirsə, səbəb nə ola bilər? Bu davranış nə zaman adi adaptasiya çətinliyi, nə zaman diqqət tələb edən vəziyyət sayılır?

– Uşaq məktəbə getməkdən çəkinirsə və ya imtina edirsə, bunun səbəbi ayrılıq narahatlığı, yeni mühitə uyğunlaşmaqda çətinlik, yorğunluq və ya yuxu rejiminin pozulması ola bilər. Bəzən dərs yükü, müəllim və ya sinif yoldaşları ilə münasibətlər, öyrənmə çətinliyi və ya sağlamlıq problemi də bu davranışa səbəb olur.

Məktəbə başladıqdan sonrakı ilk həftələrdə qısamüddətli etiraz, ağlama və səhərlər valideyndən ayrılmaq istəməmək çox vaxt adi adaptasiya çətinliyi sayılır. Uşaq evdə sakitləşirsə və tədricən məktəb rejiminə uyğunlaşırsa, adətən narahatlığa əsas olmur. Lakin bu vəziyyət bir neçə həftədən çox davam edərsə və qarın ağrısı, baş ağrısı, yuxu və iştah pozuntularına gətirib çıxarırsa, valideyn bu məsələyə xüsusi diqqət yetirməlidir. Bu zaman uşağı qətiyyən danlamamalı, müəllimlə əlaqə saxlayaraq səbəbi birlikdə araşdırmalıdırlar.

 

– Uşağın məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün valideynlər nə etməlidirlər?

– Qeyd etmək istərdim ki, uşağın məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün hazırlıq məktəb başlamazdan bir neçə həftə əvvəl aparılmalıdır. İlk növbədə uşağın gündəlik rejimini tədricən məktəb qrafikinə uyğunlaşdırmaq, yuxu və oyanma saatlarına diqqət etmək vacibdir. Uşaq kifayət qədər yatdıqda, səhər rahat oyanır və gün ərzində özünü daha yaxşı hiss edir.
Uşağı məktəb ləvazimatlarının seçiminə cəlb etmək, çantasını və digər əşyalarını birlikdə hazırlamaq onda məktəbə qarşı maraq və müsbət münasibət yarada bilər. Gedəcəyi məktəbi əvvəlcədən tanıtmaq, mümkün olduğu halda məktəb binasını, sinfi və həyəti göstərmək də uşağın yeni mühitə daha rahat uyğunlaşmasına kömək edir.

İlk günlərdə valideynlərin sakit və dəstəkləyici davranması xüsusilə önəmlidir. Uşağı məktəbə yola salarkən həddindən artıq narahatlıq nümayiş etdirmək və tənbehedici ifadələr işlətmək düzgün deyil. Uşağa məktəbin onun üçün yeni bir mərhələ olduğunu və bu prosesdə müəyyən çətinliklərin normal olduğunu izah etmək vacibdir.

Valideynlərə tövsiyə edərdim ki, uşağın hisslərini dinləsinlər, onu suallar verməyə təşviq etsinlər və məktəbdə yaşadığı hadisələri bölüşməsinə imkan yaratsınlar. Eyni zamanda, uşağı digər uşaqlarla müqayisə etməkdən də çəkinmək lazımdır.

– Məktəbə başlamazdan əvvəl uşaqda hansı bacarıqlar olmalıdır? Uşağın məktəb mühitinə uyğunlaşması üçün valideynlər nə edə bilərlər?

– Uşaq məktəbə başlamazdan əvvəl adını deməyi, fikirlərini aydın ifadə etməyi və sadə tapşırıqları yerinə yetirməyi bacarmalıdır. Valideynlərə tövsiyə olunur ki, uşaqlarına ayaqqabı geyinmək, əllərini yumaq və əşyalarını səliqəli saxlamaq kimi vərdişləri mümkün qədər sərbəst yerinə yetirmələri üçün şərait yaratsınlar. Qələmdən istifadə etmək, rəngləmək, kağız kəsmək və sadə şəkillər çəkmək üçün onunla məşq etsinlər. Kitab oxumaq, oyun oynamaq və gündəlik söhbətlər etmək uşağın diqqətini, yaddaşını, nitqini və sayma bacarığını inkişaf etdirir. Ona növbə gözləməyi, qaydalara əməl etməyi, yaşıdları ilə mehriban davranmağı və fikirlərini düzgün ifadə etməyi öyrətmək mühümdür. Tövsiyə edərdim ki, uşağı tələsdirməyin, onu həvəsləndirin, dəstəkləyin və onun kiçik uğurlarını belə qiymətləndirin.

– Məktəbə gedən uşağın gün ərzində qidalanmasında hansı məqamlar vacibdir?

– Qidalanma məktəb yaşına çatan uşağın böyüməsinə, zehni inkişafına, diqqət və yaddaşına, immunitetinə və dərs zamanı enerjisinə birbaşa təsir edir. Məktəbə başlayan uşağın qidalanmasında əsas məqsəd kifayət qədər enerji ilə yanaşı, zülal, vitamin və minerallarla balanslı şəkildə təmin olunmaqdır.

Valideynlər uşağın gündəlik qidalanmasında bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. Səhər yeməyinin qəbul edilməsi mütləqdir. Yumurta, pendir, qatıq, yulaf, tam taxıllı çörək və meyvə kimi məhsullar yaxşı seçimdir. Ət, balıq, yumurta, süd məhsulları və paxlalılar zülal mənbəyi kimi uşağın böyüməsi üçün mühüm əhəmiyyət daşıyır.

Uşağın gündəlik rasionunda müxtəlif çeşiddə tərəvəz və meyvələrə də yer verilməlidir. Gün ərzində əsas təmiz su qəbul edilməli, qazlı və şəkərli içkilər mümkün qədər məhdudlaşdırılmalıdır.

Məktəb çantasına sağlam ara yemək qoymaq da faydalıdır. Meyvə, yogurt və digər uyğun qidalar uşağın dərs zamanı enerji ehtiyacının qarşılanmasına kömək edir.
Hazır qidalar, qəlyanaltılar, şirniyyatlar və meyvə şirələri uşağın gündəlik rasionunda əsas qida kimi yer almamalıdır.

– Uşağı xəstəlik əlamətləri ilə məktəbə göndərmək olarmı?

– Məktəbə gedən uşaqlarda xəstəlik əlamətləri müşahidə olunduqda valideynlər diqqətli olmalıdırlar. Uşağın sağlamlıq vəziyyəti həm onun özü, həm də digər şagirdlərin sağlamlığı baxımından böyük önəm daşıyır. Əgər uşaqda hərarət 38°C və daha yuxarıdırsa, onu məktəbə göndərmək tövsiyə olunmur. Hərarətsalıcı dərman qəbul etmədən özünü 24 saat yaxşı hiss etməlidir.

Güclü öskürək, nəfəsalma çətinliyi, xırıltı, halsızlıq və ya ümumi vəziyyətin pisləşməsi zamanı da uşağın evdə qalması və vəziyyətə uyğun olaraq pediatra müraciət olunması vacibdir.
Təkrarlanan qusma və ya ishal zamanı, xüsusilə uşağın maye qəbulunda çətinlik yaranarsa, həkim məsləhəti alınmalıdır. Gözlərdə irinli axıntı, güclü qızartı və şişkinlik, eləcə də yüksək hərarət ilə müşayiət olunan səbəbi bilinməyən səpgilər olarsa, da uşağı məktəbə buraxmaq olmaz.

Güclü qulaq, boğaz və ya qarın ağrısı kimi uşağın dərsdə iştirakına mane olan simptomlar yarandıqda valideynlər uşağın vəziyyətini qiymətləndirməli və zərurət yaranarsa həkimə müraciət etməlidirlər.

Uşağın məktəbə sağlam başlaması onun tədris prosesində daha rahat iştirak etməsinə və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına kömək edir.\ölkə.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Həftə ərzində az yatırsınızsa, bunu edin

Sentyabr 4, 2026
Cəmiyyət

Cəmi 45 dəqiqə: Ən qısa müddət hakimiyyətdə QALANLAR

Sentyabr 4, 2026
Cəmiyyət

5 sentyabrda bizi nələr gözləyir? — BÜRCLƏR

Sentyabr 4, 2026
Cəmiyyət

50 min işçisini ixtisar edir

Sentyabr 4, 2026
Cəmiyyət

Azərbaycanlı futbolçu “Qalatasaray”da

Sentyabr 4, 2026
Cəmiyyət

Rusiyada Putinə etimad 70 faizdir – SORĞU

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Həftə ərzində az yatırsınızsa, bunu edin

04 Sentyabr, 26 / 23:45

Cəmi 45 dəqiqə: Ən qısa müddət hakimiyyətdə QALANLAR

04 Sentyabr, 26 / 23:17

5 sentyabrda bizi nələr gözləyir? — BÜRCLƏR

04 Sentyabr, 26 / 23:02

Uşağınız məktəbə getmək istəmir? – VACİB TÖVSİYƏLƏR

04 Sentyabr, 26 / 22:47

50 min işçisini ixtisar edir

04 Sentyabr, 26 / 22:34

Azərbaycanlı futbolçu “Qalatasaray”da

04 Sentyabr, 26 / 22:22

Rusiyada Putinə etimad 70 faizdir – SORĞU

04 Sentyabr, 26 / 22:08

Nepalda ölənlərin sayı 1287-yə çatıb – 5 min itkin var

04 Sentyabr, 26 / 21:50

İranın nə qədər qızılı var? – Ehtiyatlar açıqlandı

04 Sentyabr, 26 / 21:47

Yük maşınına normadan 34 ton artıq yük vurdular – Təhlükəli mənzərə

04 Sentyabr, 26 / 21:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.