Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Qəbələ-Laza yolu keçilməz hala düşdü – (Video)

Cəmiyyət

Güclü leysan Qəbələ-Laza avtomobil yolunun bəzi hissələrini keçilməz hala salıb.

Cagdas.az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü yağışlar nəticəsində Qəbələ-Laza yolunda ciddi fəsadlar yaranıb.

Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub. Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Əraziyə səfər edən turistlər də kəndə getməkdə çətinlik çəkirlər.

Əraziyə ağır texnikalar cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılır.

Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yol vasitəsilə həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.\referans media\