Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Türkiyədən 150 biznesmen İrəvandadır – xərclərini Avropa ödəyir

Cəmiyyət

Türkiyədən təxminən 150 iş adamı Ermənistanın paytaxtı İrəvana gedərək erməni-türk biznes forumunda iştirak edib.

Cagdas.az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Türkiyədən gələn biznes nümayəndələrinin İrəvandakı hotel, qidalanma və şəhərin görməli yerlərinə səfər xərclərinin Avropa İttifaqının qrantı hesabına qarşılandığı bildirilir.

Nəşrin məlumatına görə, Ermənistanda regionlardan forumda iştirak edən sahibkarların xərclərinin isə bu maliyyələşmə çərçivəsində qarşılanması nəzərdə tutulmayıb.

Ermənistanın İstehsalçılar və İş Adamları İttifaqının icraçı direktoru Eduard Kirakosyan Türkiyədən sahibkarların İrəvana gəldiyini təsdiqləyib. Onun sözlərinə görə, nümayəndə heyətində Türkiyənin həm şərq, həm də qərb bölgələrindən olan biznesmenlər iştirak edir.

Forum sentyabrın 3-4-də İrəvanda keçirilir və Ermənistan-Türkiyə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində təşkil olunub.

Forumda təxminən 200 erməni və türk sahibkarın iştirak etdiyi, İT, turizm, tikinti, qida istehsalı və nəqliyyat kimi sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilir.

Maraqlı məqam isə ondan ibarətdir ki, tədbir Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin və sərhədin hələ də tam açılmadığı bir vaxtda keçirilir. İrəvan və Ankara arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Aİ-nin maliyyə dəstəyi ilə belə platformaların yaradılması regionda yeni iqtisadi və nəqliyyat bağlantılarının formalaşdırılması istiqamətində Brüsselin marağını da göstərir.\modern.az\