Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

50 min işçisini ixtisar edir

Cəmiyyət

“Volkswagen” şirkətinin Direktorlar Şurası xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan genişmiqyaslı planı təsdiqləyib.

Cagdas.az  xarici KİV-ə istinadən xəbər verir ki, plan çərçivəsində 50 min iş yerinin ixtisarı, avtomobil modellərinin sayının iki dəfə azaldılması və dörd zavodda avtomobil istehsalının dayandırılması nəzərdə tutulur. Plan konsernin baş direktoru Oliver Blum tərəfindən hazırlanıb. Buna səbəb Çin istehsalçılarının daha aşağı xərclərlə rəqabəti və ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinin şirkətə mənfi təsiri göstərilir.

Blum planın həyata keçirilməsi ilə bağlı həm həmkarlar ittifaqlarının, həm də şirkətdə pay sahibi olan Aşağı Saksoniya federal əyaləti hakimiyyətinin müqavimətini aradan qaldıra bilib.

“Volkswagen” investorlara bildirib ki, restrukturizasiya şirkətin tarixində “ən böyük transformasiya proqramı” olacaq. Hazırda “Volkswagen”də təxminən 650 min nəfər çalışır.

Şirkət ilin ilk yarısında vergilərdən sonra xalis mənfəətin 30 faiz azaldığını açıqlayıb. Buna əsas səbəb kimi Çində satışların aşağı düşməsi göstərilib.\modern.az\