Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Rusiyada Putinə etimad 70 faizdir – SORĞU

Cəmiyyət

Rusiyada Prezident Vladimir Putinə etimad səviyyəsi 70 faiz təşkil edir. Bu, “İctimai Rəy” Fondunun avqustun 28-dən 30-dək 1,5 min Rusiya vətəndaşı arasında keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Cagdas.az xəbər verir ki, fondun məlumatına görə, respondentlərin 70 faizi Vladimir Putinə etimad göstərdiyini bildirib. Əhalinin əksəriyyəti – 71 faiz isə onun dövlət başçısı vəzifəsində fəaliyyətini yaxşı yerinə yetirdiyini düşünür.

Sorğu iştirakçılarının 43 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 53 faizi Baş nazir Mixail Mişustinin fəaliyyətini yaxşı hesab etdiyini bildirib.

Siyasi partiyalara dəstək göstəricilərinə gəlincə, respondentlərin 33 faizi hakim “Vahid Rusiya” partiyasını dəstəklədiyini bildirib.

Rusiya Liberal Demokrat Partiyasına (LDPR) dəstək 11 faiz, Rusiya Federasiyası Kommunist Partiyasına (KPRF) 9 faiz, “Yeni insanlar” partiyasına 4 faiz, “Ədalətli Rusiya” partiyasına isə etimad 3 faiz təşkil edib.\modern.az\