Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Nepalda ölənlərin sayı 1287-yə çatıb – 5 min itkin var

Cəmiyyət

Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 1287 nəfərə çatıb, 5083 nəfər isə itkin düşmüş hesab olunur.

Cagdas.az xəbər verir ki, bu barədə “Nepal Samaya” ölkə hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rasua rayonunda Bxote-Kosi çayında baş verən fəlakətli daşqın nəticəsində indiyədək 1287 nəfərin meyiti aşkarlanıb.

“Daşqın və fəlakət nəticəsində 5083 nəfər itkin düşmüş hesab olunur. Onlardan 2130-u Rasuadan, 2340-ı Nuvakotdandır, 583-ü isə xarici vətəndaşlardır”, – deyə məlumatda bildirilir.

Daşqın avqustun 26-da səhər saatlarında Nepaldakı şimal rayonlarını cənginə alıb. Buna Çindən gələn güclü su axınının Bxote-Kosi çayına tökülməsi səbəb olub.

Güclü sel buzlağın qopması və bunun ardınca baş verən torpaq sürüşməsi nəticəsində yaranıb.\modern.az\