Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Günəşdə güclü partlayış baş verib

Cəmiyyət

entyabrın 4-də səhər saatlarında Günəşdə M sinfinə aid alışma qeydə alınıb.

Cagdas.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Sentyabrın 4-də Moskva vaxtı ilə saat 10:53-də (Bakı vaxtı ilə 11:53-də) rentgen diapazonunda 4524 nömrəli ləkələr qrupunda (N11E74) 27 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb”.

Qeyd edək ki, Günəş alışmaları və ya partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğundur.

Növbəti hərfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.\sfera.az\