Çinin Fucien əyalətində baş verən güclü sel fəlakəti zamanı 3 mərtəbəli bina dağılıb. Binanın çökmə anları saniyə-saniyə kameraya düşüb. Hadisə zamanı sakinlərin əvvəlcədən təxliyə edilməsi nəticəsində insan tələfatı olmayıb.
Çağdaş.Az xəbər verir ki, Çinin Fucien əyalətində Saudel tayfununun səbəb olduğu leysan yağışlar güclü daşqınlara yol açıb.
Sel nəticəsində yaşayış məntəqələrini su basıb, məktəblərdə dərslər dayandırılıb, ictimai nəqliyyatın fəaliyyəti isə müvəqqəti olaraq məhdudlaşdırılıb.
Güclü su axınları avtomobilləri sürükləyib, infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Əyalətdə sel sularına tab gətirməyən 3 mərtəbəli bina çöküb. Hadisə anları həvəskar kamera tərəfindən qeydə alınıb.
Məlumata görə, bina sakinləri təhlükə yaranmadan əvvəl ərazidən çıxarılıb. Buna görə də hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.
















