• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.3° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məcburi köçkün məktəbləri Bakının tabeliyinə verilərək BAĞLANIR

04 Sentyabr, 26 / 17:21
A A

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin tədricən ləğv olunması prosesi aparılır. Həmin məktəblərin bir qismi əvvəlcə Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Təhsil İdarəsindən alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətinə verilib. 

Məsələn, Sabunçu rayonunun Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə fəaliyyət göstərən Xankəndi şəhər Nizami Gəncəvi adına məktəb Xankəndiyə köçürüldükdən sonra həmin təhsil müəssisəsi Bakı şəhəri 338 nömrəli tam orta məktəb adı ilə fəaliyyətini davam etdirib. Lakin Xocalı şəhər Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi Xocalıya köçürülmədiyi halda, onun əvvəlki adı və tabeliyi dəyişdirilib, məktəb Bakı şəhəri 339 nömrəli tam orta ümumtəhsil məktəbi adlandırılıb.

Amma son vaxtlar şagird sayının azlığı və optimallaşdırma çərçivəsində bir sıra məcburi köçkün məktəblərinin azad olunmuş Qarabağ və Şərqi Zəgəzur bölgəsinə köç həyata keçirilmədən ləğv edildiyi, şagirdlərinin isə ərazi üzrə digər ümumtəhsil məktəblərinə köçürülməsi barədə məlumatlar var.

Cagdas.az bildirir ki mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında mərhələli köç prosesi baş vermədən qaçqın məktəblərinin ləğvinə qarşı olduğunu bildirib.

O, Qubadlı rayonuna köç prosesinin başlamamasına rəğmən, Bakıdakı mərkəblərinin ləğvinə başlandığını xatırladıb.

“Mərhələli köç baş vermədən, yekunlaşmadan bu addımların atılması, Bakıda yerləşən bütün qaçqın məktəblərinin araşdırma aparılmadan, ciddi bir təhlil olunmadan sürətli bir formada Bakı Şəhər Təhsil İdarəsinə verilməsini mən doğru hesab etmirəm.  Bakıda məktəb sıxlığı var, onsuz da insanlarımızın hamısı köçməyib.  Bu gün hələ də Qubadlı rayonunda heç bir məskunlaşma həyata keçməyib. Amma Elm və Təhsil Nazirliyi Bakıda yerləşən Qubadlı rayonuna aid olan məktəblərin bağlanması prosesinə başlayıb. Bu digər bölgələrə də aiddir”.

Deputat həmin məktəblərdə çalışan müəllimlərin, texniki işçilərin, şagirdlərin aqibəti barədə ciddi düşünməli olduğunu bildirib.

“Bu gün çoxlu sayda müəllimin işsiz qalması məsələsi var, çoxlu sayda texniki işçilərlə bağlı problem var. İndi müəllimlərin yerləşdirilməsi həyata keçirilir, amma çoxlu sayda texniki işçilər də var. Əgər məktəb varsa, mütləq köçürülsün amma məktəb yoxdursa, nə üçün biz sürətli formada bu addımı atırıq?”.

Deputat eyni zamanda bildirib ki, həmin məktəblərin bir hissəsi gələcəkdə muzey kimi istifadə oluna bilər. Onun fikirlərinə görə, tarixi yaddaşı qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur.\modern.az\

 

Bənzər Xəbərlər

Cəmiyyət

Günəşdə güclü partlayış baş verib

Sentyabr 4, 2026
Cəmiyyət

Metroda sərnişin sayı azalıb

Sentyabr 4, 2026
Cəmiyyət

Bakı ilə İrəvan arasında Araik söhbəti – Simonyan NİYƏ gəlir?

Sentyabr 4, 2026
Cəmiyyət

DSMF açıqlama yaydı

Sentyabr 4, 2026
Cəmiyyət

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək – Xəbərdarlıq

Sentyabr 4, 2026
Cəmiyyət

Bakıda bu yolda hərəkətin təşkili dəyişir – (Video)

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Günəşdə güclü partlayış baş verib

04 Sentyabr, 26 / 17:49

Metroda sərnişin sayı azalıb

04 Sentyabr, 26 / 17:35

Məcburi köçkün məktəbləri Bakının tabeliyinə verilərək BAĞLANIR

04 Sentyabr, 26 / 17:21

Bakı ilə İrəvan arasında Araik söhbəti – Simonyan NİYƏ gəlir?

04 Sentyabr, 26 / 17:07

45 yaşdan yuxarı olanlar diqqət! Araşdırma: 3 sadə vərdiş...

04 Sentyabr, 26 / 17:03

DSMF açıqlama yaydı

04 Sentyabr, 26 / 16:53

Ərdoğandan mühüm açıqlamalar: “Keçmişi ilə əlaqəsini itirənin gələcək qurması mümkün deyil”

04 Sentyabr, 26 / 16:48

Çində güclü sel: 3 mərtəbəli bina çökdü

04 Sentyabr, 26 / 16:42

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək – Xəbərdarlıq

04 Sentyabr, 26 / 16:38

Novak: Rusiya neft ixracının 94%-ni dost ölkələrə yönəldir

04 Sentyabr, 26 / 16:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.